"Yusuf özünü "Neftçi"də xoşbəxt hiss edir"

14:10 - 23 Mart 2022

"Neftçi"nin aparıcı futbolçusu Yusuf Laval bir neçə klubun transfer siyahısında yer alıb.

"Ağ-qaralar"ın diqqətçəkən legionerlərindən olan Lavalın meneceri Aykut Çuldan Sportal.az saytına açıqlama verib. O, futbolçunun başqa klublardan maraq olduğunu etiraf edib:

"Hər vaxtda Laval üçün ciddi təkliflər olur. Amma o, indi "Neftçi"nin futbolçusudu. O, özünü "Nefçi"də xoşbəxt hiss edir. Amma mövsüm sonunda necə olacağını görəcəyik. Bu haqda indi nəsə demək istəmirəm. O, komandasının oyunlarına köklənib".

Nigeriyalı futbolçu 2020-ci ildən "Neftçi" forması geyinir.

Xəbər xətti