Emil Balayev milli komandaya buna görə cəlb edilməyib

14:47 - 23 Mart 2022

"Turan"ın qapıçısı Emil Balayevin Azərbaycan millisinin toplanışına dəvət edilməməsinin səbəbi məlum olub. 

Sportal.az saytının məlumatına görə, 28 yaşlı qolkiper ötən həftə Qazaxıstan klubunun məşqində belindən zədə alıb.

O, Bakıya qayıdaraq zədəsini sağaltmağa başlayıb.

Həftəsonuna qədər Emilin Qazaxıstana qayıdaraq komandasının məşqlərinə qoşulacağı ehtimal edilir.

Qolkiper hələ ki, Türküstan klubunda debüt etməyib.

Xəbər xətti