Dibala hansı kluba keçmək istədiyini yaxınlarına bildirib

15:00 - 23 Mart 2022

"Yuventus"un futbolçusu Paulo Dibala yayda komandanı tərk edəcəyi fikrini qətiləşdirib.

Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, argentinalı futbolçu PSJ-yə keçə bilər.

​Dibala yaxınlarına Paris klubuna keçmək istədiyilə bağlı danışıb. Futbolçunun meneceri PSJ rəsmilərilə danışıqlara start verib. Onun komandaya gəlməsini daha çox istəyən klubun idman direktoru Leonardodu. Dibalanın PSJ-yə keçidinin qarşısını onun klubdan uzaqlaşdırıması ala bilər. Belə ki, klub prezidenti Nasser Əl-Helaifi braziliyalının işindən narazıdı.

Xəbər xətti