Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Altay" Serkan Özbalta ilə yollarını ayırıb. Super Liqanın 30-cu turunun "Sivasspor"la matçından (1:2) sonra istefa verdiyini açıqlayan 43 yaşlı mütəxəssisin istəyi qəbul olunub. Bu barədə İzmir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Hakan Özbalta yanvarın 27-si "ağ-qaralar"ın baş məşqçisi təyin olunmuşdu.
30 turdan sonra 29 xal toplayan "Altay" Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsindədir.
saytlarin hazirlanmasi