Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-22 Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan boksçusu Ruslan Qədirov final görüşünə çıxıb. 54 kq çəki dərəcəsində rəqib türkiyəli Samet Gümüş olub. Qədirov məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda uduzaraq bürünc medal əldə ediblər.
saytlarin hazirlanmasi
