Aleksandru Çikaldau mövsümün sonunda "Qalatasaray"ı tərk edəcək.
Sportal.az xəbər verir ki, İstanbul klubu rumıniyalı oyunçunun satışı ilə bağlı "Sampdoriya" ilə razılığa gəlib. Genuya təmsilçisi bu keçid üçün "sarı-qırmızılılar"a 8 milyon avro ödəyəcək.
Keçid "Sampdoriya" İtaliya A Seriyasında qalacağı təqdirdə reallaşacaq.
Aleksandru Çikaldau "Qalatasaray"a mövsümün əvvəlində Rumıniyanın "Krayova" klubundan keçib. 24 yaşlı yarımmüdafiəçi "cim bom"un heyətində meydana çıxdığı 37 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
