Türkiyə milli komandası DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Portuqaliya ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Stefan Kunts matçdan əvvəl keçirilən mətbuat konfransında açıqlamalar verib. Almaniyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:
"Yalnız Kriştiano Ronaldoya qarşı yox, 11 futbolçuya qarşı mübarizə aparacağıq. Portuqaliya ilə oyunda meydanda aktiv olmağa çalışacağıq. Rəqibin oyunundan çox bizim nə etdiyimiz önəmlidir. Portuqaliyanln 3 müdafiəçisinin olmamamğı bizim üçün üstünlük yaratmır. Bu dəfə qələbə qazansaq, ağlamayacam".
Qeyd edək ki, Portuqaliya - Türkiyə qarşılaşması 24 mart tarixində Bakı vaxtilə saat 23:45-də "Draqao Stadionu"nda baş tutacaq.
saytlarin hazirlanmasi