Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, əvvəlcədən planlaşdırılan altı qarşılaşmadan dördü baş tutacaq.
FIFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Ruslara texniki məğlubiyyət verilib və Polşa finala vəsiqə qazanıb. Ukraynanın Şotlandiya ilə matçı isə iyuna təxirə salınıb.
DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal
24 mart
A yolu
23:45. Uels - Avstriya
B yolu
23:45. İsveç - Çexiya
C yolu
23:45. İtaliya - Şimali Makedoniya
23:45. Portuqaliya - Türkiyə
