Makqreqor avtomobilini təhlükəli sürdüyünə görə saxlanıldı

11:43 - 24 Mart 2022

UFC üzrə dünya çempionu Konor Makqreqor ölkəsi İrlandiyada polis tərəfindən saxlanılıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı idmançı avtomobilini təhlükəli sürdüyünə görə, Dublində həbs olunub. Təcrübəli döyüşçü cərimə ödədikdən sonra polis idarəsindən buraxılıb. 

 

Konor Makqreqorun "Bentley" markalı lüks avtomobili isə özünə qaytarılmayıb.

Xəbər xətti