8 il müddətinə yarışlardan uzaqlaşdırılan Nicat Rəhimovdan açıqlama

12:51 - 24 Mart 2022

8 il müddətində yarışlardan uzaqlaşdırılan Nicat Rəhimov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Qazaxıstanı təmsil edən azərbaycanlı ağır atlet apellyasiya şikayəti verəcəyini bildirib:

 

"Bu vəziyyətdə ən dəhşətlisi odur ki, Olimpiya Oyunlarına vaxtında göndərilən nümunəmlə bağlı heç bir sual olmadan əsas mükafatı - Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalı əlimdən almaq istəyirlər. Ona görə də bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm".

 

Qeyd edək ki, Nicat Rəhimov antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı da əlindən alınıb

Xəbər xətti