"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını "Barselona"da davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi polşalı forvarda 2026-cı ilədək nəzərdə tutulan müqavilə təklif edib. "Barselona"nın prezidenti Xoan Laporta Levandovskinin meneceri Pini Zahivi ilə görüşüb. 33 yaşlı futbolçu özü də "Barselona"da oynamağı arzulayır.
Qeyd edək ki, Robert Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında bitir. Təcrübəli qolçu cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 37 oyunda 45 qol və 4 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
