DÇ-2022-yə vəsiqə qazanan daha bir komanda məlum oldu

16:03 - 24 Mart 2022

DÇ-2022-yə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Yaponiya millisi Qətərdə baş tutacaq mundialda iştirak etmək hüququ qazanıb. Yaponlar buna seçmə mərhələnin 9-cu turunda səfərdə Avstraliyaya qalib gəlməklə nail olub.

 

Hayime Moriyasunun yetirmələri rəqibini 2:0 hesabı ilə məğlub edərək xallarını 21-ə yüksəldib və DÇ-2022-yə vəsiqə qazanıb.

Xəbər xətti