“Barselona”nın aparıcı futbolçusu Ansu Fati belindəki zədəsini sağaldıb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi yaxın günlərdə kollektivlə məşqlərini bərpa edəcək. Gənc futbolçunun aprelin ortalarında meydana çıxacağı gözlənilir.
Fati son olaraq yanvarın 20-də İspaniya kubokunun “Atletik”lə (Bilbao) görüşündə meydana çıxmışdı.
