Yığmamız yenə uduzdu

18:17 - 24 Mart 2022

Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində Nəriman Axundzadə fərqlənib.

​Bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.

Xəbər xətti