"Latsio" yeni mövsüm daha iddialı heyətə malik olmaq üçün yayda bir neçə transfer həyata keçirəcək.
Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, paytaxt klubunun ilk transfer hədəfi Dris Mertensdi.
Mövsüm sonunda "Napoli"dən ayrılacağı gözlənilən belçikalı "Latsio"ya keçə bilər. 34 yaşlı futbolçu yayda azad agents statusu alacaq. Neapol klubu isə Mertensə yenin müqavilə təklif etmədiyindən futbolçu artıq indidən klublarla danışıqlara başlayıb. Mertensin menecerinə "Latsio" rəsmilərilə danışıqlara icazə verdiyi bildirilir.
