“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını bitirmək istəmədiyini bildirib.
Sportal.az xəbər verir ki, “Bild”ə danışan almaniyalı futbolçu karyerasını davam etdirmək niyyətində olduğunu söyləyib:
“Yadıma gəlir, illər əvvəl 2025-ci ilə qədər karyeramı yüksək səviyyədə davam etdirmək istədiyimi demişdim. Fikrim hələ də dəyişməyib. “Bavariya” ilə müqaviləm 2023-cü ilə qədərdi. Müqavilə bitdikdən sonra necə olacağını görəcəyik”.
32 yaşlı forvard 2008-ci ildən “Bavariya”nın əsas komandasında oynayır.
