"Qarabağ"ın futbolçusu Leandro Andrade və Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi yoxlama görüşü keçirib.
Sportal.az xəbər verir ki, Kabe-Verde Qvadelupa yığması ilə üz-üzə gəlib. Patrik matça start heyətində çıxıb, Leandro isə oyunun iştirakçısı olmayıb. Görüş Patrik və Leandronun millisinin 2:0 hesablı qələbə ilə sona çatıb.
