Luis Enrike İspaniya millisinin baş məşqçi postundan ayrıla bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin federasiya ilə müqaviləsi 2022-ci ilin sonunda bitəcək.
Enrike millidə qalıb-qalmamağı götür-qoy edir. Millidən gedəcəyi təqdirdə İspaniya Futbol Federasiyası Luisin əvəzinə baş məşqçi postuna Marselinyo və ya Ernesto Valverdeni təyin edəcək.
