"Arsenal" uruqvaylı forvard üçün 67 milyon təklif etdi

22:19 - 24 Mart 2022

"Benfika"nın hücumçusu Darvin Nunyez karyerasını başqa ölkədə davam etdirəcək.

Sportal.az "Football365" saytına istinadən xəbər verir ki, uruqvaylı hücumçu "Arsenal"ın maraq dairəsindədi.

London klubunun rəsmiləri forvard üçün "Benfika"ya müraciət edib və qarşı tərəfə 67 milyon funt sterlinq təklif edib.

"Vest Hem" və "Nyukasl" da Nunyezi transfer etmək istəyir.

22 yaşlı hücumçu "Penyarol", "Almeriya"da oynadıqdan sonra 2020-ci ildə "Benfika"ya keçmişdi.

Xəbər xətti