"Espanyol"un hücumçusu Raul de Tomas zədələnib.
Sportal.az xəbər verir ki, buna görə də futbolçu İspaniya millisinin heyətindən kənar qalıb.
O, Albaniya və İslandiya ilə yoxlama görüşündə iştirak etməyəcək. Raulun zədəsi ciddi olmasa da, məşqçilər korpusu risk etmək istəməyib.
