Qazaxıstan millisi Azərbaycana rəqib olmaq şanslarını artırdı

22:59 - 24 Mart 2022

Moldova və Qazaxıstan milliləri Millətlər Liqasının pley-off matçında üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, Kişinyovda keçirilən matç qonaqların 2:1 hesablı qələbəsilə yekunlaşıb.

Ev sahiblərinin qapısını "Keşlə"nin qolkiperi Stanislav Namaşko qoruyub. Cavab qarşılaşması martın 29-da Nur-Sultanda keçiriləcək.

Cütün qalibi Millətlər Liqasının C liqasında Azərbaycan, Slovakiya və Belarusun qonağı olacaq. 

Xəbər xətti