Millimizin qapıçısı Rusiya klubunda

11:23 - 25 Mart 2022

“Araz-Naxçıvan”nın qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.


Sportal.az xəbər verir ki, millimizin üzvü bu barədə öz Feysbuk səhifəsində yazıb. O, “Torpedo” ilə anlaşdığını bildirib.


31 yaşlı qolkiper 2014-cü ildən çıxış etdiyi "Araz-Naxçıvan"a təşəkkür edib.

 

Qeyd edək ki, "Torpedo" hazırda Rusiya çempionatında liderdir.

Xəbər xətti