Baş məşqçi Türkiyə üzərindəki qələbədən sonra meydançada siqaret çəkmək istədi - FOTO

13:15 - 25 Mart 2022

Portuqaliya milli komandası DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal oyununda Türkiyəni 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra maraqlı hadisə yaşanıb. Portuqaliya yığmasının baş məşqçisi Fernando Santoş stadionda siqaret çəkmək istəyib. 67 yaşlı mütəxəssis meydançada olduğunu gördükdən sonra əlindəki siqareti yerə atıb.

 

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-yə vəsiqə uğrunda həlledici matçda Şimali Makedoniya ilə üz-üzə gələcək.

 

Resim

Xəbər xətti