Daha iki komanda dünya çempionatına vəsiqə qazandı

13:32 - 25 Mart 2022

Futbol üzrə dünya çempionatına daha iki milli komanda vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, seçmə mərhələnin Cənubi Amerika zonasında Ekvador və Uruqvay yığmaları ötən gecə mundialın final mərhələsinə getməyə haqq qazanıb.

 

Uruqvay XVII turda evdə Perunu 1:0 hesabı ilə məğlub edib. Ekvador isə səfərdə Paraqvaya 1:3 hesabı ilə uduzsa da, xal fərqinə görə çempionata vəsiqə qazanıb. 

 

Qeyd edək ki, bu ilki dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.

Xəbər xətti