Argentina milli komandası DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Venesuelaya ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə baş məşqçi Lionel Skaloni açıqlama verib. 43 yaşlı mütəxəssis bu görüşün Lionel Messi üçün son ev oyunu ola biləcəyini deyib:
"Venesuela matçı Argentinada oynayacağımız son seçmə mərhələ matçıdır. Gələcək nə göstərəcək, bilmirəm. Bəlkə də bu, Messinin evdə son oyunu olacaq. Ona görə Argentinaya ən yaxşı şəkildə vida edə bilər".
Qeyd edək ki, Argentina - Venesuela matçı bu gecə Bakı vaxtilə saat 03:30-da baş tutacaq.
saytlarin hazirlanmasi
