"Barselona" yarımmüdafiəçini "Valensiya"ya göndərdi

17:28 - 13 Avqust 2022

"Barselona" Niko Qonsalesin müqaviləsinin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçisi ilə 2026-cı ilin iyun ayının 30-na kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

 

Kataloniya təmsilçisi ispaniyalı oyunçunun müqaviləsini uzatdıqdan sonra onu icarəyə verirb. Gənc futbolçu 2022/2023 mövsümünü icarə əsasında "Valensiya"da keçirəcək.

 

Qeyd edək ki, Niko Qonsales "Barselona"nın yetirməsidir. O, ötən mövümdə komandanın heyətində meydana çıxdığı 39 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti