İslamiada: Millimiz gümüş medal qazandı

18:57 - 13 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası üzrə təsnifat mərhələsi baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında finala vəsiqə qazanıblar. Təmsilçilərimiz M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da final mərhələsinə adlayıblar. Həlledici mərhələ sabah keçiriləcək

Bu nəticələrlə aerobika gimnastikası üzrə təmsilçilərimiz komanda hesabında gümüş medalı özləri üçün təmin ediblər. Mükafatlandırma mərasimi sabah olacaq.

Xəbər xətti