23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarda bu gün növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv final qarşılaşmasına vəsiqə qazanmaq uğrunda Türkiyə komandası ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
