"Dinamo" qalib gəldi, Emreliyə ehtiyac olmadı - VİDEO

10:48 - 14 Avqust 2022

Xorvatiya çempionatında 5-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" da növbəti matçını oynayıb.

Zaqreb klubu "Hayduk"u evdə 4:1 hesabı ilə məğlub edib.

Emreli sona qədər ehtiyatda oturub. 

“Dinamo” 5 turdan sonra 13 xalla liderdir.

Xəbər xətti