Norveç millisinin üzvü "Qalatasaray"a keçir

14:36 - 14 Avqust 2022

"Qalatasaray" "Gent"in futbolçusu Andreas Hançe-Olseni transfer etməyə hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi özü də İstanbul klubunda oynamağa razılıq verib.

Norveç millisinin üzvü olan Andreas “Gent”ə 2020-ci ildə “Stabek”dən keçib.

 

Xəbər xətti