"Qarabağ" Avropa səviyyəsində klub olduğunu bütün dünyaya sübut etdi. Bakıda "Ferentsvaroş"la heç-heçə etməsinə baxmayaraq, Budapeştdə möhtəşəm oyun sərgilədilər. Qurban Qurbanovun düzgün taktikası, futbolçuların intizamlı oyunu, bunlar hamısı uğura aparan yoldu".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Abuzər İbrahimov deyib.
2001-2002 və 2004-2005-ci illərdə Ağdam klubunun formasını geyinmiş İbrahimov sabiq komandasının avrokubokdakı uğurlu nəticərini şərh edib. 47 yaşlı veteran futbolçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarının yüksək olduğunu söyləyib:
"Qarabağ" pely-off oyununa kimi müdafiəni gücləndirməlidi. Xüsusilə də müdafiənin mərkəzinə futbolçu cəlb edilməlidi. Çünki Kevin Medina və Maksim Medvedev zədəlidi. "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarına gəldikdə, bizim şanslarımızın daha üstün olduğunu hiss edirəm. Necə olursa-olsun, "Qarabağ" "Viktoriya" səddini keçəcək. Komandamızı növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsində görmək arzum var. İnanıram ki, onlar bunu bacaracaqlar".
Mirbağırağa
