Nazarovun komandası darmadağın edildi

20:16 - 14 Avqust 2022

Almaniya üçüncü Bundesliqasında 4-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue” də növbəti oyununa çıxıb.

Nazarovun komandası "Vehen"lə üz-üzə gəlib. Matç Aue təmsilçisinin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydana start heyətində çıxan millimizin üzvü sona qədər meydanda olub və 75-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

"Erzgebirge Aue" 4 turdan sonra 2 xalla 20 kollektiv arasında 17-ci pillədədi.

Xəbər xətti