Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda meydan sahibi Türkiyə millisi ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.
Millimiz avqustun 16-da bürünc medallar uğrunda oyunda Əlcəzair komandası ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
