"Mingəçevir" hər üç yoxlama görüşündə qalib gəldi

21:29 - 14 Avqust 2022

Yeni mövsümdən birinci divizionda çıxış edəcək “Mingəçevir” təlim-məşq toplanışını davam etdirir. 

Sportal.az xəbər verir ki, Azər Haşımovun rəhbərlik etdiyi kollektiv artıq Mingəçevirdə üç yoxlama görüşü keçirib.

Eyniadlı komanda “Qəbələ-2”ni 1:0, “İmişli”ni 3:1 və “Kəpəz-2”ni 3:2 məğlub edib.

2022/2023 mövsümündən birinci liqada çıxış edəcək klub sabah “İmişli”, avqustun 17-də isə “Qəbələ-2” ilə səfərdə qarşılaşacaq.

Xəbər xətti