U-16 yığmamız özbəklərə uduzdu

22:00 - 14 Avqust 2022

Özbəkistanın Daşkənd şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, U-16 yığmamız Özbəkistandan olan həmyaşıdlarına 0:4 uduzub.

Növbəti oyun avqustun 17-də baş tutacaq.

Xəbər xətti