"Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

22:55 - 14 Avqust 2022

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çexiya) matçına bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, bu gün satışa çıxarılan biletlərin 15 mini satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

"Qarabağ" - "Viktoriya" matçı avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda  keçiriləcək.

Xəbər xətti