Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi sol cinah müdafiəçisi İsmail Köybaşı ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bordo-mavilər" 33 yaşlı türk futbolçuya müqaviləsinin ləğv olunmasına görə 2,3 milyon TL təzminat ödəyib.
Qeyd edək ki, İsmail Köybaşı 2021-ci ilin yayından "Trabzonspor"da çıxış edirdi. Türkiyə millisinin keçmiş üzvü komandanın heyətində 18 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi