Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Jesse Tamunobaraboye Sekidika ilə yollarını ayırıb. Bu barədə "sarı-qırmızılar"ın mətbua xidməti məlumat yayıb.
Nigeriyalı vingerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Jesse Sekidika "Qalatasaray"a 2020-ci ilin yanvar ayında "Eskişehirspor"dan transfer olunmuşdu. 26 yaşlı futbolçu son mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.
saytlarin hazirlanmasi