"Neftçi"nin müdafiəçisi əməliyyat edildi

21:17 - 16 Avqust 2022

"Neftçi"nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi əməliyyat uğurla həyata keçirilib.

28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

 

Xəbər xətti