"Tottenhem" "Udineze"dən Destiny Udojini heyətinə cəlb edib.
Sportal.az London klubunun saytına istinadən xəbər verir ki, italiyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Amma 19 yaşlı futbolç u "Udineze"yə icarəyə verilib.
Ötən mövsüm Udoji "Udineze"nin heyətində 37 oyuna 5 qol vurub, 3 assist edib.
