Çempionlar Liqası: "Makkabi" "Srvena Zvezda"nı qəbul edir, "Benfika" "Dinamo" səfərində

10:17 - 17 Avqust 2022

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Sportal.az xəbər verir ki, ikinci oyun günündə üç matç oynanılacaq. 

Günün ilk görüşü "Qarabağ" "Viktoriya" arasında keçiriləcək. 

"Makkabi" (Hayfa) "Srvena Zvezda" ilə, "Dinamo" (Kiyev) isə "Benfika"nı qəbul edəcək. 


17 avqust

UEFA Çempionlar Liqası

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)

​23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

Xəbər xətti