İslamiada: Azərbaycan yarımfinala vəsiqə qazandı

10:55 - 17 Avqust 2022

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Sportal.az xəbər verir ki, 3x3 basketbolu üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb.

Yığma komandamız 1/4 finalda Qətər millisinə 21:2 hesabı ilə qalib gəlib.

Finala çıxmaq uğrunda yığmamız Özbəkistan millisi ilə üz-üzə gələcək.

​Xatırladaq ki, yığmamızın heyətində Tatyana Deniskina, Dina Ulyanova, Renara Tiffani Hayes və Aleksandra Mollenhauzer yer alıb. 

Xəbər xətti