"Kəpəz" məşqləri Gəncədə bərpa etdi

11:13 - 17 Avqust 2022

“Neftçi” oyundan sonra bir gün istirahət edən “Kəpəz” məşqləri bərpa edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, həftəsonu “Qəbələ”yə qarşı keçiriləcək oyunun ilk hazırlıq prosesi Gəncə şəhər stadionunun süni örtüklü meydançasında olub.

​Azarkeşlərin də izlədiyi məşqdə futbolçular məşqçilər korpusunun verdiyi tapşırıqlar üzrə çalışıblar.

Xəbər xətti