19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bu gündən avqustun 20-dək Bakıda, 20-dən 26-dək isə Bosniya və Herseqovinada təlim-məşq toplanışı olacaq.
Sportal.az xəbər verir ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq.
