Premyer Liqa klubundan 18 milyon avroluq transfer

13:35 - 17 Avqust 2022

İngiltərənin "Brayon" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vilyarreal"dan Pervis Estupinanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Kolumbiyalı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Brayton" bu transfer üçün La Liqa klubuna 18+5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Pervis Estupinan "Vilyarreal"a 2020-ci ilin yayında "Uotford"dan transfer olunmuşdu. Kolumbiya millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 41 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti