Qazaxıstan millisinin üzvü: "Azərbaycan və Belarus matçlarından gözləntilər yüksəkdi"

15:53 - 17 Avqust 2022

Qazaxıstan millisinin futbolçusu Vladislav Vasilyev yerli mətbuata açıqlama verib.

Sportal.az xəbər verir ki, "Kazfootball.kz" portalına açıqlama verən Vasilyev Millətlər Liqasının Belarus (22 sentyabr) və Azərbaycan (25 sentyabr) yığmalarına qarşı keçiriləcək matçları barədə danışıb:

"Bu matçlardan gözləntilər yüksəkdi. Belarus və Azərbaycana qarşı məsuliyyətli matçlar olacaq. Hər şey bizim ayağımızdan asılıdı. Qalib gələrək Millətlər Liqasında yarımfinala çıxıb tarix yazmaq lazımdı".

​25 yaşlı futbolçu “Tobol”un üzvüdü və 2020-ci ildən Qazaxıstan yığmasında çıxış edir.

Xəbər xətti