Azərbaycanda oynamış azsaylı çexiyalılardan olan Zdenek Folprext Sportal.az saytına açıqlama verib.
“Neftçi”nin formasını geyinmiş yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” matçı barədə danışıb.
O, 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Slovan”ın heyətində “Qarabağ”a qarşı oynadıqlarını xatırlayıb:
“Qarabağ”ı yaxşı tanıyıram. Bu komandaya qarşı “Slovan”ın heyətində də avrokuboklarda qarşılaşmışıq. Fikrimcə, bu görüşlər 45/55-ə “Viktoriya”nın xeyrinədi. Təbii ki, həm Bakıdakı, həm də Plzendəki oyunlar ağır olacaq. Amma nədənsə, mən “Viktoriya”nı "Qarabağ"dan daha şanslı hesab edirəm.
“Qarabağ”da çox yaxşı futbolçular var, fərdi olaraq da yüksək səviyyədədilər. “Viktoriya” daha çox kollektiv şəklində oynayır. Onların çox yaxşı müdafiə xətti, çox yaxşı qapıçıları var. Bir də standart vəziyyətlərini qeyd edərdim. Çox təhlükəli olurlar. Əminəm ki, iki çox maraqlı oyun olacaq. Güclü olan qazansın”.
Mirbağırağa
