"Mançester Siti" müdafiəçisini "Marsel"ə göndərdi

18:58 - 17 Avqust 2022

Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Mançester Siti"dən İssa Kaboreni heyətinə qatıb. Məlumatı klubun rəsmi saytı yayıb.

 

21 yaşlı sağ cinah müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Marsel"də keçirəcək. Fransızlar 20 milyon avro ödəməklə burkina fasolu oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

 

Qeyd edək ki, İssa Kabore son mövsümü icarə əsasında Fransanın "Trua" klubunda keçirib. Gənc müdafiəçi komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti