Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Şenol Can çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, Şenol Can "Kasımpaşa"nın baş məşqçisi postunda dünən istefaya göndərilən Sami Uğurlunu əvəz edib.
saytlarin hazirlanmasi