Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, 74 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Ryunosuke Kamiya ilə qarşılaşıb.
"Tuşe" ilə rəqibinə qalib gələn Qadjıyev dünya çempionu olub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal qazanıb.
saytlarin hazirlanmasi
